Namaz qılmayanların yeri cəhənnəmdədir? - İlahiyyatçıdan AÇIQLAMA
Admin 17-apr, 15:55 1 089 0 İslam / XəbərlərNamaz qılmayanların yeri cəhənnəmdədir? - İlahiyyatçıdan AÇIQLAMA
Tanınmış mərsiyəxan Seyid Taleh Boradgahinin yeni mahnısının sözləri müzakirəyə səbəb olub. Mərsiyəxanın mahnıda “Namaz qılan bəndədir, qılmayan şər bəndədir. Gah qılan, gah qılmayan, yeri cəhənnəmdədir...” deməsi tənqidlə qarşılanıb. Bəs görəsən, namaz qılmayanlar, doğrudan da, cəhənnəmə düşəcəklər?İlahiyyatçı Təyyar Hüseynli açıqlamasında deyib ki, Boradgahini uzun illər bundan öncə hələ məşhur olmadığı dövrlərdən tanıyır.
“Normal, mehriban davranışlı idi. Mərsiyə də, qəmli oxşama da oxuyurdu. Sonradan dini ilahilərə, dini toylara gedən yolu onun musiqiyə, musiqiçilərə qaynayıb-qarışmasına səbəb oldu. Nəticədə, dini mühitdə qınaqla qarşılandı. Son günlər ifa etdiyi “Namaz qılan bəndədir, qılmayan şər bəndədir. Gah qılan, gah qılmayan, yeri cəhənnəmdədir...” ritmik ifası dini cəmiyyətdə də, ümumi ictimaiyyətdə də birmənalı qarşılanmadı. Məsləhətim budur ki, ümiyyətlə, Seyid Taleh Boradgahi musiqi mühitində məsləhətsiz, uyğun olmayan səhnələrdə və ifalarla görünməsin. Namaz qılanlar arasında da çoxları var ki, bəndə deyil, şər bəndədir. Bu barədə “Quran”da ayə də var. Allah buyurur ki, vay olsun bir qisim namaz qılanların halına… Namaz qılmayanların barəsində isə Allah özü qərar verəcək. Çünki fərqli səbəblərdən namaz qılmayan, yaxud qıla bilməyən insanlar var. Onların yerinin cəhənnəm olması, “yeri cəhənnəmdədir” ifadəsinin işlədilməsi aforizimdir, el, ara sözdür. Bu, əsaslı dini fikir deyil”.
Pravda.az